Bakıda qəribə olay - Telefon partladı, uşağın dili tutuldu

28 İyul 2016 18:08 (UTC+04:00)

Məlumata görə, telefon divanın üzərindəykən bir anda alışıb və partlayıb: "Evdə oturduğumuz yerdə "Samsung" markalı telefon partladı və sonra alışmağa başladı. Hadisə evdəki körpənin yanında baş verdi. Xoşbəxtlikdən heç kimə heç nə olmadı. Uşaq qorxudan hələ də danışmır".

O, güman edir ki, problem telefonun batareyasında olub. O, batareyanı yeni aldığını deyib və istifadəçiləri ehtiyatlı olmağa çağırıb.

Bizimyol.info