“Ana olmaq xəyalımla ömürlük vidalaşdım” - Azərbaycanlı aparıcı

28 İyul 2016 19:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı illərdir xərçəngdən əziyyət çəkdiyini deyib:

"Ana ola bilmirdim. Bu yaxınlarda möcüzə nəticəsində hamilə olduğumu öyrəndim. Bu, doğrudan da möcüzə idi. Amma mənim üçün uşaq dünyaya gətirmək ölüm demək idi. Çünki xərçəng olan şəxs övlad dünyaya gətirəndə, bu xəstəlik daha da irəliləyir. Ana olmaq xəyalımla ömürlük vidalaşaraq əməliyyat olundum. Yaşamaq gözəldir. Bacımın övladları var. Onları öz balam kimi sevirəm".

Qeyd edək ki, Z.Qasımovanın sonuncu iş yeri "Xəzər" telekanalında "Yeri gəlmişkən" verilişi olub. O, sentyabrdan fəaliyyətini Region TV-də davam etdirəcək.