Ketrin Eşton Gürcüstana gəlir
26 Noyabr 2012 07:18 (UTC+04:00)
Avropa Şurasının Beynəlxalq və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Gürcüstana səfər edəcək.
AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bir neçə saat davam edəcək səfər çərçivəsində xanım Eşton prezident Mixail Saakaşvili, Baş nazir Bidzin İvanişvili və Xarici İşlər naziri Maya Pandjikidze ilə görüşəcək. Verilən məlumata görə, xanım Eşton görüşün yekunları ilə bağlı geniş mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, ali komissar Gürcüstana ötən ilin noyabrında səfər etmişdi.
Sadiq Musa
AzNews.az