Azərbaycanlı hakim UEFA Avropa Liqasında

28 İyul 2016 20:44 (UTC+04:00)

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də Avstriyanın Vyana şəhərindəki "Weststadion"da keçiriləcək "Rapid Vyana" (Avstriya) - "Torpedo Jodino" (Belarus) qarşılaşmasının UEFA nümayəndəsi O.Hüseynzadə olacaq.