Ağcabədidə yanğın

28 İyul 2016 22:33 (UTC+04:00)

AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi 71 m2 olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının çardağının yanar konstruksiyaları 51 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.