​60 yaşlı kişi evində ölü tapıldı

28 İyul 2016 22:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.