Keçmiş məhkum bıçaqlandı

29 İyul 2016 10:25 (UTC+04:00)

"20 yanvar" küçəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Elnur Talıbov döş nahiyəsindən bıçaqlanıb.

O, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

İstintaq zamanı məlum olub ki, E.Talıbova xəsarət yetirən şəxs Daşkəsən rayon sakini 29 yaşlı Elbrus İsgəndərovdur. E.İsgəndərov istintaqa cəlb olunub.

Report.az