Türkiyədə daha bir terror - Silah səsləri eşidildi
29 İyul 2016 14:42 (UTC+04:00)
AzNews.az yerli KİV-lərə istinadən xəbər ki, Diyarbakırda Kazancı kəndi yaxınlığında hərbi maşın yolu keçərkən öncədən yola yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.
Partlayışdan sonra silah səsləri eşidilib. Hadisə yerinə jandarm qüvvələri cəlb olunub. Təhlükəsizlik məqsədilə hadisə yerinə heç kim buraxılmır.
Ölən və yaralananlar barədə hələki məlumat yoxdur.
Aydan AXUNDOVA