Tiflisdən erməni soyqırımının tanınması istənildi
26 Noyabr 2012 07:43 (UTC+04:00)
Gürcüstanda yeni hökumətin hakimiyyətə gəlməsindən ruhlanan ermənilər daha bir iddiaya düşüblər.
AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İkinci İrakli cəmiyyətinin sədri Arçil Çkoidze bildirib ki, Gürcüstan hökuməti parlamentin gündəliyinə daxil edilən çərkəzlərin soyqırımı haqqında qanun layihəsini rədd etməli əvəzində erməni soyqırımını tanımalıdır. O, həmçinin əlavə edib ki, Saakaşvili hökuməti dönəmində ölkədə qəbul edilən qərarlar ani və düşünülməmiş olub.
Çərkəzlərin soyqırımı haqqında qanun layihəsinin qəbulunda da yeganə məqsəd Rusiyanı qıcıqlandırmaq olub və məsələ komissiyada dərindən müzakirə edilməyib. Çkoidcə erməni soyqırımının tanınması ilə bağlı isə geniş danışıb və bildirib ki, bu soyqırım sivil ölkələr tərəfindən qəbul edilir və Gürcüstanda bu ölkələrin siyahısına qoşulmalıdır.
Sadiq Musa
AzNews.az