İrəvanda etirazçılarla polis arasında toqquşma - Qumbaralardan istifadə edildi

29 İyul 2016 22:56 (UTC+04:00)

Polislər səsli qumbaralardan istifadə etdilər.

Qeyd edək ki, Yerevanda etiraz aksiyası keçirilir.

Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.


Trend.az