Qaradağda mağaza yandı

30 İyul 2016 09:46 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb. Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.