Müəllimlərinin imtahana pulsuz hazırladığı qız - 692 bal yığdı + Foto
30 İyul 2016 10:28 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, Ağdam rayonundan məcburi köçkün olan Aynurla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, Ağdamdan məcburi köçkün olan Aynur Babayevanın ailəsi Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıb.
İmkansız ailənin övladı olan A. Babayevanı təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov (Azərbaycan dili - Ədəbiyyat), Ramal Alıyev (tarix), Maral Rzayeva (riyaziyyat) və Ruslan Nuriyev (ingilis dili) təmənnasız şəkildə ali məktəbə hazırlayıb.
Aynur imtahanda yalnız 1 suala səhv cavab verərək 692 bal toplayıb.