Azərbaycan kinosuna daha bir zərbə…
26 Noyabr 2012 07:50 (UTC+04:00)
Azərbaycan kinosuna daha bir zərbə dövlətin özündən gəldi. Dövlət büdcəsi müzakirə olunarkən kinoya ayrılan maliyyə vəsaitinin yarım milyon azaldıldığı bildirildi. 2012-ci ildə kino çəkilişi üçün 7 milyon ayrılmışdısa 2013-cü ildə bu rəqəm 6,5 milyon oldu.
Millət vəkili Əli Məsimli AzNews.az-a açıqlamasında Azərbaycan kino sənətinə ayrılan maliyyə vəsaiti ilə bağlı xüsusi konsepsiya hazırlanmağını vacib saydı: "Düşünürəm, ki, bu məsələyə sadəcə, maliyyənin hər il 1 milyon o yana, 1 milyon bu yana artıb-azalması prizmasından yanaşılmamalıdır.
Azərbaycan dövlətçiliyinə, cəmiyyətinə, tərəqqimizə, dəyərlərimizə xüsusi faydası olan filmlərə nə qədər lazımdırsa, o qədər və artıqlaması ilə maliyyə ayırmaq prinsipinə keçilməlidir. Bundan ötrü xüsusi konsepsiya hazırlanıb, həyata keçirilməli və maliyyə təminatının mənbələri açıq göstərilməlidir".
Bahar Rüstəmli
AzNews.az