Bir qəbirdən 19 cəsəd çıxdı
26 Noyabr 2012 07:54 (UTC+04:00)
Meksikanın Çixuaxua ştatında bir qəbirdə 19 kişinin cəsədi aşkarlanıb. Ekspert kriminalistlərin sözlərinə görə, cəsədlərin 11-i iki il əvvəl dəfn olunub.
İşgəncə izləri aşkarlanmış digər 8 cəsəd bir neçə gün əvvəl basdırılıb. Qeyd edək ki, Çixuaxua ştatı narkomafiya klanının əsas istinadgahlarından sayılır.
AzNews.az