Sabah hava necə olacaq? - Proqnoz

2 Avqust 2016 12:57 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarmadasında gecə 22-24, gündüz 30-34 dərəcə, Bakıda gecə 23-24, gündüz 31-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir.Şərq küləyi əsəcək.

Havanın tepmeraturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olcaq.

Avqustun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.