“Kurtlar Vadisi”nin aktyoru Bakıya gəlir - Filmə çəkiləcək

2 Avqust 2016 14:43 (UTC+04:00)

Rejissor bildirib ki, bu gün filmin yaradıcı kollektivi hava limanında tanınmış türk aktyoru Tuncər Salmanı qarşılayacaq. Aktyor film çəkilişi ilə əlaqədar Bakıya səfər edir.

Film tragikomediya janrındadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.

Yeni ekran əsərinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.

Qeyd edək ki, Tuncər Salman "Kurtlar Vadisi" serialında rol almışdı.

Azərtac