4 rayonda Talış Birliyinin nümayəndəlikləri açıldı

26 Noyabr 2012 11:40 (UTC+04:00)
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin (ADN DTB) rəhbərliyi cənub bölgəsində görüşlər keçirib.

AzNews.az-un əldə etdiyi məlumata görə, birliyin sədri Mehdibəy Səfərov Lənkəran, Masallı, Lerik və Astara rayonlarında yaradılmış nümayəndəliklərin üzvləri ilə ADNDTB-nin gələcək fəaliyyət prinsiplərini müzakirə edib.

Vasif Həsənli
AzNews.az