Sürücülərin nəzərinə - Bu yol bağlı olacaq

4 Avqust 2016 10:29 (UTC+04:00)

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən AzNews.az-a verilən məlumata görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.