Rüstəm Behrudi Ulvira Qarayevadan niyə qorxur?
26 Noyabr 2012 11:54 (UTC+04:00)
Tanınmış şair Rüstəm Behrudi teleaparıcı Ulvira Qarayevanın ünvanına sərt fikirlər səsləndirib.
ANS-in keçmiş əməkdaşının saytlardan birinə müsahibəsində namusla bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edən R.Behrudi məsələ ilə bağlı sözügüdən saytın rəhbərliyinə şikayət edəcəyini vurğulayıb: " Həmin müsahibədən sonra onun atası, qardaşı varsa, özünü asmalıdır".
R.Behrudi U.Qarayevanın fikirlərini iyrənc formada ifadə etdiyini bildirib: "Mən istəyirdim ki, bu qadınla bağlı televiziya kanallarından birində çıxış edim. Amma sonra qorxdum ki, məni şərləyər".
Elnarə Əlosmanqızı
AzNews.az