Jirinovski Ermənistanı təhqir etdi: “Azərbaycanlılar onları yer üzündən siləcək”

4 Avqust 2016 17:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rusiyalı dövlət xadimi "Life.ru"ya müsahibəsi zamanı Ermənistanın tək xilas yolunun Rusiya olduğunu və üzlərinə tüpürdükdə belə ayaqlara düşüb yalvaracaqlarını qeyd edib: "Tüpürüm Ermənistana. Bizim orada bazamız var. Əgər onlar bizə tüpürsələr, bazanı geri götürəcəyik. Bazanı qaytarmaq üçün ayaqlarımıza düşəcəklər. Bu baza onların xilasıdır. Əks halda azərbaycanlılar və türklər 2 tərəfdən onları yer üzündən siləcək. Odur ki, Ermənistan tərəfdən narahat olmağa dəyməz. Onlar bizdən heç vaxt imtina etməyəcəklər. Çünki bu zaman onların tamamilə sonu olar. Azərbaycan dərhal Dağlıq Qarabağı geri alacaq, Türkiyə isə kömək edəcək. Ermənistanı hələ 30 il öncə II Yekaterina xilas etmişdi".

Jirinovski Ermənistanda baş verən etiraz aksiyalarından da bəhs edib. O, iqtisadiyyatı və perspektivi olmayan bu cılız ölkədə etirazların heç bir zaman səngiməyəcəyini bildirib: "Ermənistanda müntəzəm olaraq iğtişaşlar olacaq. Dağlar arasında, Azərbaycan və Türkiyə arasında sıxışmış kiçik dağlıq ölkədir. Heç bir perspektivi, iqtisadiyyatı yoxdur. Orada artıq 1 milyon erməni qalıb. Ümumən dünyada 6 milyondurlar. Hamısı Livan, İran, Rusiya, Fransa, ABŞ-a qaçıb, bütün dünya üzrə gəzirlər. Orada yaşamağa yer yoxdur, dağlıqdır. Təbii ki, orada müxtəlif qruplar bir-birinə ziyan vuracaq".

Aydan AXUNDOVA