Əfqanıstanda iki partlayış - 10 nəfər öldü

5 Avqust 2016 20:59 (UTC+04:00)

İçərisində bir ailənin 5 üzvü olan avtomobil minaya düşüb. Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki hadisə Çamkan rayonunda qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin insidentin baş verməsində tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan "Taliban" hərəkatı şübhəli bilinir.


APA.az