Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

5 Avqust 2016 23:41 (UTC+04:00)

Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək.

İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti birgə Dena, Rana, Soren və Samand markalı avtomobilər istehsal edəcəklər.

Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya Prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.


Trend.az