Jurnalist təşkilatı multikultural dəyərləri təbliğ edəcək

6 Avqust 2016 13:43 (UTC+04:00)

Bu barədə AzNews.az-a JAM sədri Seymur Verdizadə məlumat verib. O bildirib ki, layihənin məqsədi Azərbaycan cəmiyyəti üçün xas olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay, Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək: "Layihənin effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış ekspertləri cəlb edəcəyik".