Müəllimlərin işə qəbul üzrə ixtisas seçimi sabah bitir
6 Avqust 2016 17:36 (UTC+04:00)
Namizədlər bu mərhələdə şəxsi səhifələrinə daxil olub topladıqları bala uyğun vakant yerləri seçirlər.
Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrindəki 3.381 vakansiya müsabiqəyə çıxarılıb.
Növbəti mərhələyə keçmək hüququ əldə edən namizədlər müsahibəyə dəvət olunacaqlar.