İŞİD 85 nəfəri edam etdi - İraqda

6 Avqust 2016 18:32 (UTC+04:00)

Bu barədə şənbə günü, avqustun 6-da, Al Sumaria telekanalı xəbər verib.

İŞİD-ə qarşı döyüşən partizan qruplaşmalarından birinin komandiri Cəbar əl-Maamuni bildirib ki, kütləvi qətliam Havicə şəhərində törədilib.

Kəşfiyyatın məlumatına əsasən, ölənlər arasında qadın və uşaqlarda da var.

Hazırda ekstremistlər yüzlərlə ailəni girov saxlayırlar. Əl-Maamuni qeyd edib ki, bu insanları da edam gözləyir. O, hökümət qüvvələrini və partizan qruplaşmalarını Havicə yaşayış məntəqəsini azad etmək üçün dərhal hərbi əməliyyatlara başlamağa çağırıb.


Oxu.Az