Bakı çimərliyində 5 yaşlı oğlan itkin düşdü - Yenilənib
8 Avqust 2016 15:13 (UTC+04:00)
İtkin düşmüş Yəhya Xəlilovun meyiti Kürdəxanı qəsəbəsində yerləşən çimərlikdə tapılıb.
O, suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
***
12:14
Bakı çimərliklərindən birində azyaşlı itkin düşüb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 5 yaşlı Yəhya Xəlilov Kürdəxanı qəsəbəsi ərazisində çimərlikdə itkin düşüb.
Onun axtarışları davam etdirilir.
Report.az