Xızıda ağır qəza - Ölən var

8 Avqust 2016 13:58 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 19 radələrində Xızı rayonunun Şuraabad kəndində kənd sakinləri Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, habelə N.Quliyevin sərnişini, həmkəndlisi Rəşad Bayramov, E.Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bayramov orada ölüb.

Faktla bağlı Xızı RPŞ tərəfindən araşdırma aparılır.