Şəhid polkovnikin atası insult keçirdi

8 Avqust 2016 14:12 (UTC+04:00)

Bu barədə şəhidin qardaşı Orucov Zabil məlumat verib.

Şəhidin qardaşının sözlərinə görə, Raquf Orucovun atası dəfələrlə oğlunun adının ona layiq formada əbədiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciət edib, ancaq onu qəbul edən olmayıb. Nəticədə şəhidin atası bu laqeydsizlikdən narahat olaraq, insult keçirib:

"Artıq 20 günə yaxındır ki, insult keçirib, vəziyyəti ağırdır. Sumqayıt şəhərində 1 saylı yataqxanada yaşayırlar. Dəfələrlə özü Müdafiə Nazirliyinə gedib, orada isə yumşaq desək, başdan edilib. Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü".

Qaynarinfo.az