"Mersedes" qaz borusuna çırpıldı - Sürücü öldü (Video)

8 Avqust 2016 19:53 (UTC+04:00)

Yuxarı Öysüzlü kənd sakini 33 yaşlı Ramiz Məmmədov idarə etdiyi "Mersedes"in sükanına hakim ola bilməyib.

Avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Ardınnan isə Çingiz Yusubovun həyətinə girərək aşıb.

Zərbənin gücündən avtomobilin şini qırılaraq bir neçə metr kənara düşüb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Region TV