Hökumətdən qəribə qərar

27 Noyabr 2012 06:01 (UTC+04:00)
Dünyanın diqqəti 70 faizi quruyaraq ekoloji fəlakətə yol açan Urmu gölünə yönəldiyi bir vaxtda İranın Sənaye və Energetika Nazirliyi qəribə qərar verib.

Nazirliyin Urmu gölü ilə bağlı qərarını Məcid Namcu açıqlayıb. O bildirib ki, Urmu gölündə böhran aradan qalxana qədər yeni səddlərin tikilməsi ilə bağlı aparılan araşdırmalar dayandırılıb: "Bu qərar yeni tikiləcək səddlərə aiddir, tikilməkdə olan səddlər hazır olduğu vaxt istifadəyə veriləcək".

Namcu həmçinin Urmu gölünün qurumasının qarşısını almaq üçün yeni qərarın nəzərdə tutulmadığını vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Azərbaycanı gölə Araz suyunun axıdılmasına razılıq verməməkdə ittiham etmişdi.

Alpər Oğuz
AzNews.az