“Ayağı səhv kəsilən qadının meyiti ekspertizadan keçirilməyib”

9 Avqust 2016 16:14 (UTC+04:00)

Bunu birliyin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri buna razı olmayıb.

Xatırladaq ki, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.

Qeyd edək ki, bu il iyun ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi diaqnozu ilə əməliyyata alınmışdı. Lakin həkim-cərrah Valeh Kərimov yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsmişdi. Sonra o biri ayağı da amputasiya edilmişdi. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edilib, əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib.

Report.az