Bağdadda doğum evində yanğın - 11 körpə öldü

10 Avqust 2016 10:58 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə həlak olub. 29 qadın və 7 körpə digər xəstəxanaya köçürülüb.

İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.