Motosikletlə avtomobil toqquşdu - Yaralılar var

10 Avqust 2016 22:36 (UTC+04:00)

Hadisə Poylu stansiyasının yaxınlığında qeydə alınıb. Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motosikletdə olan iki nəfər, 1989-cu il təvəllüdlü Niyaz İsmayılov və 2002-ci il təvəllüdlü Elçin Yolçuyev müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.


APA.az