Vaqif Sadıqovla futbolçular arasında MÜBAHİSƏ

27 Noyabr 2012 08:13 (UTC+04:00)
AzAL klubunun daxilində gərginlik hökm sürür. "Təyyarəçilər"in liderliyi əldən verməsi komandada ovqatı korlayıb. Hamı günahı kimdəsə axtarır. Bu azmış kimi, Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"la görüş ərəfəsində klubun bazasında 1-ci çalışdırıcı Vaqif Sadıqovla 3 yerli oyunçu arasında mübahisə düşüb.

AzNews.az-a daxil olan xəbərə görə, futbolçular baş məşqçini onlara şans verməməkdə qınayıblar. 53 yaşlı mütəxəssis, öz növbəsində, vəziyyəti sükutla qarşılamayıb. Kimin nə vaxt oynayacağını yaxşı bildiyini deyib. Belədə, həmin futbolçular ehtiyat skamyasında əyləşməkdən imtina ediblər.

Xatırladaq ki, AzAL - "Sumqayıt" görüşündə meydan sahibi 3-cü dəqiqədə hesabda geri düşsə də, bundan 6 dəqiqə sonra qazandığı 11 metrlik cərimə zərbəsi sayəsində matçda tarazlıq yaradıb - 1:1.

Kamran Hacı
AzNews.az