ANS-in MTRŞ ilə məhkəmə prosesi təxirə salındı

11 Avqust 2016 10:46 (UTC+04:00)

Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iddiaçının şikayət vermə hüququnu təmin etmək üçün məhkəmə iclası avqustun 16-dək təxirə salınmalıdır.

Qeyd edək ki, MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS 40 min manat vəsaitin ona verilməsi ilə bağlı qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin iddianı baxılmaq üçün qəbul etməyib.

Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib.

APA.az