Azərbaycan daha bir medal qazandı - Yenilənib

11 Avqust 2016 23:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, cüdo üzrə yarışlarda Azərbaycan yığmasının üzvü Elmar Qasımov ilk görüşünə çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Olimpiya çempionu Taqir Xaybullayev olub. Elmar Qasımov rəqibinə heç bir şans verməyib.

O, 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələcək. Görüş saat 18:38-də başlayacaq.

17:38
***

Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələrək ona qalib gəlib. Bununla da növbəti mərhələyə-1/4 finala keçib.

***

E.Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenko ilə qarşılaşacaq.

20:24
***

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.

İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparacaq.

***

İdmançımız finalda çexiyalı Lukas Krpalekə uduzub və gümüş medal qazanıb.

Aygün