Gənclər yeni mediada multikulturalizm mövzusunda bilgiləndirildilər - FOTO

11 Avqust 2016 22:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitəərində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var: "Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan, onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur".

Sonra isə təlimçi, "Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.

Qeyd edək ki, keçirilən təlimdə cənub bölgəsindən olan 20-dən artıq gənc iştirak edib. Burada gənclərə multikulturalizm anlayışının anlaşılmasında, onunla bağlı məlumatların, informasiyaların ayırd edilməsi və dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Həmçinin social və internet mediada bu mövzuda düzgün iştirakın yolları öyrədilib. Gənclərə bu barədə mövcud olan mənbələr və etik davranış qaydaları izah edilib və göstərilib.