Rail yenə 90 dəqiqə oynadı

27 Noyabr 2012 09:17 (UTC+04:00)
Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" klubu Türkiyənin PTT 1-ci liqasında növbəti görüşünü keçirib. AzNews.az xəbər verir ki, XIII turda rəqib meydanında "Qarşıyaxa" komandası ilə qarşılaşan "qara-yaşıllar" qolsuz heç-heçə ediblər.

Legionerimiz maçtda 90 dəqiqə meydanda olub. O, həmkarlarımız tərəfindən ən yüksək - 5 balla qiymətləndirilib. 13 görüşdən sonra "Dənizlispor" 16 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Kamran Hacı
AzNews.az