Polis rəisinin avtomobili qəzaya düşdü - Fotolar

12 Avqust 2016 18:53 (UTC+04:00)

Qəza rayonun Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Chevrolet aveo" markalı avtomobil "Toyota Land Cruiser" markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, "Toyota Land Cruiser" markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az