İlin son sınağında

27 Noyabr 2012 09:38 (UTC+04:00)
Gənc taekvondoçularımız bu ilin son beynəlxalq turnirinə yollanırlar. AzNews.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə milli komandanın 5 üzvü Fransanın paytaxtında açıq Paris çempionatında iştirak edəcək.

1-2 dekabrda olimpiya çəki dərəcələri üzrə keçiriləcək yarışda ölkəmizi Babək Əjdərli (48kq), Əli Axundov (55kq), Ayxan Tağızadə (63kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (+ 73 kq) təmsil edəcəklər.

AzNews.az