Natiq Cəfərli apellyasiya şikayəti verdi

15 Avqust 2016 10:13 (UTC+04:00)

Bu barədə vəkil Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, bu gün apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirli bilinir.

Report.az