Ağstafada taxıl zəmisi yandırıldı

15 Avqust 2016 16:15 (UTC+04:00)

Hadisə rayonun Göyçəli kəndində qeydə alınıb.

Məlumata görə, 10-a yaxın kənd sakininə məxsus 20 hektar taxıl zəmisi qəsdən yandırılıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və rayon polis şöbəsində araşdırma aparılır.

Report.az