Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub

15 Avqust 2016 21:04 (UTC+04:00)

Dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisəyə paltaryuyan maşında qısaqapanmadan baş verməsinin səbəb olduğu deyilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.

Yanğın artıq söndürülüb.


Trend.az