14-ü bir yerdə gəzən gözəllər - FOTOSESSEYA

27 Noyabr 2012 16:48 (UTC+04:00)
Qadınlardan ibarət "Rabitə" klubu Azərbaycan voleybolunda qeyri-adi addım atıb. AzNews.az-un xəbərinə görə, ölkə çempionu Milad bayramı ərəfəsində təqvim üçün çəkdirdiyi şəkillərdə fotoobyektivin önünə öz voleybolçu maykasında deyil, milli geyimdə çıxıb.

Fotosessiyadan görünür ki, italiyalı baş məşqçi Marçello Abbondanza və dünyanın 4 bir tərəfindən gəlmiş oyunçular bizim libasda özləri rahat hiss edirlər. Onların üzlərindəki təbəssüm də bunu əyani göstərir.

Kamran Hacı
AzNews.az