25 yaşlı gənc özünü asdı - Qaxda
16 Avqust 2016 21:16 (UTC+04:00)
Hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib.
Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
Məlumata görə, Ş.Məmmədli ailəlidir.
Report.az