50 nəfər Qafqaz Universitetindən işdən qovuldu - Aralarında vəzifəlilər də var

17 Avqust 2016 10:10 (UTC+04:00)

Bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.

E. Qasımov faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: "Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub".

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.

Qafqazinfo.az