Məmişzadə də medalsız qaldı

17 Avqust 2016 23:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Oljas Sattibayevi mübarizədən kənarlaşdıran dünya çempionu Elvin Məmişzadə ikinci qarşılaşmasında özbəkistanlı Şaxobidin Zoirovla qarşılaşıb. İdmançımız yarımfinala keçə bilməyib. Boksçumuz rəqibinə hər üç raundda məğlub olub, nəticədə təmsilçimiz Olimpiadada çıxışını bitirib.

Qeyd edək ki, boks yığmamızın iki üzvü Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinalda çıxışlarını davam etdirirlər.