“O gülləri əzizlərinin üstünə düzsün” - İlhamənin oğlu oğurluqdan danışdı

18 Avqust 2016 17:30 (UTC+04:00)

Bu barədə AzNews.az-a sənətkarın oğlu Orxan Nadirov məlumat verib.

O, bu hadisədən dünən gecə xəbər tutduğunu deyib: "Məzarının üstünə qoyulan əklillərdəki qızıl gülləri çıxarıb aparıblar. Kim aparıbsa anasının-bacısının üstünə qoysun. O gülləri əzizlərinin üstünə düzsün. Normal insan qəbir üstündən gül oğurlamaz".

O. Nadirov qeyd edib ki, bu məsələ araşdırılacaq: "İndi Fəxri Xiyabana gedirəm. Qəbirstanlığa nəzarət edən şəxs var, onunla danışacam. Biabırçılıqdır".

Qeyd edək ki, avqustun 17-də Xalq artisti İlhamə Quliyevanın doğum günü idi.

Bahar RÜSTƏMLİ
AzNews.az