Göygöldə bədbəxt hadisə - 11 yaşlı uşaq xəstəxanaya yerləşdirildi
18 Avqust 2016 18:57 (UTC+04:00)
Hadisə rayonun Xasabağ kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Aytac Qurbanova daxilə keçən kəsilmiş-deşilmiş yaralarla Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. 11 yaşlı uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir.
Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.
Report.az