Neftin qiymətində bahalaşma - 51 dollara çatdı

18 Avqust 2016 23:11 (UTC+04:00)

"Brent" markalı neftin qiyməti bu gün 2.41 faiz bahalaşıb. Belə ki, neftin bu növünün oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 51,02 dollar olub.

Qeyd edək ki, sonuncu dəfə "Brent"in qiyməti iyulun 23-də bir barelə görə 50 dollara qalxıb.

Modern.az